“İsrailin İrana qarşı təcavüzünə görə məsuliyyət ABŞ-a aiddir”.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, belə bir bəyanatın İran Prezidenti Məsud Pezeşkian tərəfindən səsləndirildiyi iddia edilir, lakin informasiya hələ etibarlı mənbələrdə təsdiqlənməyib.
“Amerika beynəlxalq hüquq normalarına zidd olaraq İsrailə ölkəmizə qarşı aqressiya həyata keçirməyə və hücum etməyə imkan verir,” – deyə o, parlament qarşısında çıxış edərkən bildirib.
Pezeşkian qeyd edib ki, İran xalqı bu müharibəyə meyilli deyildi:
“ABŞ prezidenti Donald Tramp açıqlayıb ki, Vaşinqton İsrailin İrana zərbə planları barədə əvvəldən məlumatlı idi”.