Ürək-damar xəstəlikləri dünyada ən çox ölümə səbəb olan sağlamlıq problemləri arasında yer alır. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bəzi gündəlik istehlak edilən qidalar ürəyə ciddi zərər vurur.
Ürəyə zərər verən əsas qida məhsulları bunlardır:
Trans yağlar
Qarğıdalı yağı, margarinin bərk formaları, hazır bişmiş məhsullar (peçenye, kruasan, fast-food) tərkibindəki trans yağlar sayəsində xolesterini artırır, damarların tutulmasına və ürək tutmalarına səbəb olur.
Doymuş yağlarla zəngin qidalar
Yağlı ət məhsulları, kolbasa, sosiska, kərə yağı, qaymaq və bəzi pendir növləri doymuş yağlarla zəngindir. Bu da "pis xolesterin" səviyyəsini artıraraq ürək-damar sisteminə mənfi təsir göstərir.
Şəkərli içkilər və məhsullar
Qazlı içkilər, hazır meyvə şirələri, desertlər və şirniyyatlar yüksək şəkər miqdarına görə piylənmə, şəkərli diabet və nəticə etibarilə ürək xəstəlikləri riskini artırır.
Duzlu və emal olunmuş məhsullar
Turşular, çipslər, konservlər və hazır soslar tərkibindəki yüksək duz miqdarı səbəbindən təzyiqi artırır və ürəyə ciddi yük salır.
Ağ unla hazırlanan məhsullar
Ağ çörək, biskvit və makaron kimi məhsullar qan şəkərini sürətlə yüksəldir, bu da zamanla insulin müqavimətinə və ürək problemlərinə gətirib çıxara bilər.
Mütəxəssislər tövsiyə edir
Ürək sağlamlığını qorumaq üçün gündəlik qidalanmada daha çox təbii məhsullara - tərəvəz, meyvə, tam taxıllar, omeqa-3 ilə zəngin balıqlar və zeytun yağına yer verilməlidir.
Qeyd edək ki, ürək-damar sağlamlığının qorunması üçün yalnız düzgün qidalanma deyil, həm də müntəzəm fiziki aktivlik, siqaretdən uzaq durmaq və stresin idarə olunması vacib şərtlərdəndir./Milli.Az