AZ

İsrail və İran qarşılıqlı yeni zərbələr endirəcəklərini elan ediblər

İsrailin Müdafiə Ordusu Tehrana yeni zərbə endirəcəyini elan edib.

 Xezerxeber.az xəbər verir ki, bu barədə Ordunun Mətbuat xidməti məlumat yayıb.

"Hörmətli sakinlər, təhlükəsizliyiniz üçün sizdən göstərilən əraziləri dərhal tərk etməyinizi xahiş edirik", - İsrail Müdafiə Ordusunun farsdilli nümayəndəsi Kamal Penhasi bildirib.

K.Penhasi vurğulayıb ki, yaxın saatlarda İsrailin Müdafiə Ordusu İranın hərbi infrastrukturuna zərbə endirəcək.

İran Silahlı Qüvvələri də İsrailin hücumlarına cavab olaraq onu çox sərt şəkildə vurmağa hazırlaşır.

"İran İsrailin hücumlarına cavab olaraq çox ağır zərbə vurmağa hazırlaşır", - agentliyin mənbəsi bildirib.

Seçilən
10
43
xezerxeber.az

10Mənbələr