İsrailin ordusu Tehrana yeni zərbə endirəcəyini elan edib.
Modern.az xəbər verir ki, bu barədə Ordunun Mətbuat xidməti məlumat yayıb.
"Hörmətli sakinlər, təhlükəsizliyiniz üçün sizdən göstərilən əraziləri dərhal tərk etməyinizi xahiş edirik", - İsrail Müdafiə Ordusunun farsdilli nümayəndəsi Kamal Penhasi bildirib.
K.Penhasi vurğulayıb ki, yaxın saatlarda İsrailin Müdafiə Ordusu İranın hərbi infrastrukturuna zərbə endirəcək.
İsrailin müdafiə naziri İsrael Katz isə Tehranın Dövlət Televiziyasının binasının və bir sıra hərbi obyektlərinin də yerləşdiyi 3-cü dairəsinin sakinlərini dərhal öz evlərini tərk etməyə çağırıb.
Bu xəbərdarlıqdan sonra sakinlərin təxliyəsinə başlanılıb.
Qeyd edək ki, həmin ərazidə 330 min nəfər dinc sakin yaşayır.