AZ

Müharibə başlayanda Bakıda olan israilli nazir ölkəsinə yaxta ilə qayıdıb

İsrailin 13 iyun gecəsi İrana hücumu zamanı inteqrasiya naziri Ofir Sofer Azərbaycanda - İrandan cəmi bir neçə yüz kilometr məsafədə olub. Bu andan etibarən dövlət məmurunun təhlükəsizliyini təmin etmək üçün qeyri-adi əməliyyat başlayıb və bu, 15 iyunda onun İsrailə qayıtması ilə başa çatıb.

Poliqon xəbər verir ki, bu barədə vesty.co.il portalı xəbər yayıb.

Bildirilir ki, Sofer "Soxnut" Agentliyinin nümayəndə heyəti ilə birlikdə gənc yəhudilərin seminarında iştirak etmək üçün Azərbaycana gəlibmiş, ancaq İsrailin hücumu ilə əlaqədar proqram dəyişdirilib - o, 13 iyunda yəhudi icması ilə cəmi bir tədbir keçirə bilib.

Təhlükəsizlik xidmətləri ona hoteli tərk etməyi qadağan edib, gecə isə o, təyyarə ilə Afinaya göndərilib. (Oxu.az)

Poliqon.info

Seçilən
11
5
poliqon.info

10Mənbələr