AZ

“Air Arabia” və “Lufthansa” İran İsrail münaqişəsi fonunda bəzi ölkələrə uçuşları dayandırırlar

ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Air Arabia” (BƏƏ) və “Lufthansa” (Almaniya) aviaşirkətləri İsrail və İran arasında hərbi münaqişə fonunda Yaxın Şərq və Avrasiyanın bir sıra ölkələrinə uçuşların müvəqqəti dayandırıldığını elan ediblər.

525.az-ın  Report a istinadən verdiyi məlumatına görə, aviaşirkət Təl-Əviv (İsrail) və Tehrana (İran) uçuşları iyulun 31-nə qədər dayandırır.

Bundan əlavə, Amman (İordaniya), Ərbil (İraq) və Beyruta (Livan) uçuşlar iyunun 20-nə qədər ləğv edilib.

“Air Arabia” isə öz növbəsində 5 ölkəyə uçuşların müvəqqəti dayandırıldığını bildirib: İrana və İraqa - iyunun 30-na qədər, İordaniyaya və Rusiyaya - iyunun 20-nə qədər, Livana – iyunun 17-nə qədər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
4
525.az

5Mənbələr