Həcc ziyarətinə gedən azərbaycanlı zəvvarların ilk qrupu bu gün ölkəyə geri qayıtdı.
Teleqraf xəbər verir ki, hacılar artıq Heydər Əliyev Beynəlxalq Hava Limanına çatıblar.
Onlar bu gün səhər saatlarında yola çıxıb AZAL-la Azərbaycana qayıdıblar.
Qeyd edək ki, QMİ bu il 1250 azərbaycanlı zəvvarı mayın 25-dən 31-dək Məkkəyə Həcc ziyarətinə aparıb. Bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edib. Ziyarət vahid formada təşkil olunub və hava nəqliyyatı ilə həyata keçirilib.
Zəvvarlarımız artıq Həcc ziyarətini başa çatdırıb hacı olublar.