İsraildə İranın hücumlarını dəstəkləyən və raketlərin düşdüyü əraziləri çəkərək yayımlayan şəxslər həbs olunacaq.
Publika.az xəbər verir ki, bu barədə İsrailin milli təhlükəsizlik naziri İtamar Ben Qvir açıqlama verib.
“Raket zərbələrinə sevinən və ya raketlərin düşdüyü yerləri çəkərək paylaşanlar dövlət təhlükəsizliyinə təhdid sayılacaq və həbs olunacaqlar”, - o deyib.
Ben Qvir, həmçinin xarici media qurumlarının da bu görüntüləri yayımlamaqla İsrailin milli təhlükəsizliyini təhlükəyə atdığını iddia edib: