AZ

Şuşada “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilib (FOTO)

Bakı. Trend:

İyunun 15-də - Milli Qurtuluş Günündə Yeni AzərbaycanPartiyasının (YAP) təşkilatçılığı ilə Şuşa şəhərində “Yeni dünyanizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusundabeynəlxalq konfrans keçirilib.

Trend xəbərverir ki, əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri HeydərƏliyevin, tədbirdə iştirak edən dost ölkələrin müstəqilliyi vəsuverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş vətənövladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. SonraAzərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Prezident Administrasiyasının Siyasi partiyalar vəqanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri ƏdalətVəliyev Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlhamƏliyevin konfrans iştirakçılarına müraciətini səsləndirib.

Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovçıxış edərək qonaqları Qarabağın tacı, Azərbaycanın mədəniyyətpaytaxtı qədim Şuşa şəhərində salamlamaqdan məmnunluğunu ifadəedib. O bildirib ki, Milli Qurtuluş Günü Azərbaycanın müasirtarixinin ən parlaq səhifələrindən biridir.

Xüsusi nümayəndə azad olunmuş ərazilərdə görülən işlərdən bəhsedərək mənfur qonşularımız tərəfindən ata-baba yurdlarındanqovulmuş insanların öz doğma evlərinə Böyük Qayıdışının davametdiyini söyləyib. A.Kərimov qeyd edib ki, bugünədək Şuşada 20-dənçox tarixi abidə, o cümlədən 5 məscid bərpa olunub.

Sonra Yeni Azərbaycan Partiyasının media qurumu olan Yeni TV-ninhazırladığı videoçarx nümayiş olunub.

Daha sonra beynəlxalq konfrans sessiyalarla öz işini davametdirib.

Milli Məclisin deputatı Ramil Həsənin moderatorluğu iləkeçirilən plenar sessiyada çıxış edən Yeni Azərbaycan PartiyasıSədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib:“Bu gün biz Azərbaycan xalqı və dövləti üçün olduqca əlamətdar birtarixdə bir araya gəlmişik. 32 il əvvəl – 1993-cü il iyunun 15-dəson dərəcə mürəkkəb bir şəraitdə - Azərbaycan Respublikası yenicəbərpa etdiyi dövlət müstəqilliyini itirmək təhlükəsi iləqarşı-qarşıya olarkən müdrik dövlət xadimi Heydər Əliyev AzərbaycanRespublikası Ali Sovetinin Sədri seçilmiş və həmin gün tariximizəMilli Qurtuluş Günü kimi yazılmışdır”. O, əlavə edib ki, həmin ilinoktyabrın 3-də xalqın böyük etimadı əsasında Prezident seçilənHeydər Əliyev xilaskarlıq və quruculuq missiyasını həyatakeçirməklə Azərbaycanda sabitlik və inkişafı təmin etmiş, təcridvəziyyətində olan ölkəmizi beynəlxalq münasibətlər sistemindəetibarlı tərəfdaşa çevirmiş və bugünkü möhtəşəm qələbələrin –tərəqqi və Zəfər yolunun əsaslarını formalaşdırıb.

YAP Sədrinin müavini 2021-ci ilin məhz 15 iyun tarixində“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasındamüttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ninimzalandığını, bu gün həmin əlamətdar hadisənin dördüncüildönümünün də qeyd edildiyini vurğulayıb.

Tahir Budaqov, həmçinin söyləyib ki, Prezident İlham Əliyevinrəhbərliyi ilə həyata keçirilən praqmatik xarici siyasət kursuyalnız Cənubi Qafqaz bölgəsində deyil, daha geniş coğrafiyadaqarşılıqlı maraqlara uyğun tərəfdaşlıq əlaqələrinin inkişafına vəortaq strateji hədəflərin reallaşmasına xidmət edir. “Bu,Azərbaycanın dünya ölkələri ilə ikitərəfli və çoxtərəfli formatdamünasibətlərinin inkişafını təmin etməklə yanaşı, beynəlxalqtəşkilatlarla əlaqələrin möhkəmlənməsini də şərtləndirir. ÖlkəmizinQoşulmama Hərəkatına sədrliyi dövründə əldə etdiyi nailiyyətlər,BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digərtəsisatlarda səmərəli fəaliyyəti, 2024-cü ilin noyabr ayındaCOP29-a uğurla ev sahibliyi etməsi və bunun nəticəsi olaraq iqlimdəyişikliyinin fəsadlarına qarşı mübarizəyə dair qlobal əhəmiyyətliqərarların qəbulu ölkəmizin beynəlxalq müstəvidə ədalətli vəetibarlı tərəfdaş kimi önəmini qabarıq şəkildə bir daha təsdiqedib”, - deyə YAP Sədrinin müavini qeyd edib .

Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) Sədrininbirinci müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Efkan Alaçıxışında Azərbaycan ilə Türkiyə arasında münasibətlərin dostluğa,qardaşlığa və strateji müttəfiqliyə əsaslandığını qeyd edib. O,2021-ci ilin iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsini iki qardaşölkənin münasibətlərində tarixi bir mərhələ adlandırıb. E.AlaŞuşanın xüsusi bir rəmzi məna – böyük mənəvi önəm daşıdığını deyib."Ümummilli Lider Heydər Əliyevin əziz bir şəhər, əziz bir torpaq,əziz bir qala və əziz bir abidə adlandırdığı Şuşa malik olduğudini, tarixi və mədəni abidələri ilə yanaşı, yetirdiyi görkəmlisənət və fikir adamları ilə də Türk dünyasının qəlbində taxt qurub.Bu gün burada bir tarixin, bir mədəniyyətin və bir xalqın ruhundagörüşürük. Mədəni irsi, sənəti, musiqisi, memarlığı və ruhu iləŞuşa bir mədəniyyətin daşıyıcısıdır. Bu torpaqların azad olunmasıyalnız hərbi qələbə deyil, eyni zamanda, hüququn, ədalətin vəbeynəlxalq legitimliyin təcəssümüdür. Böyük Zəfər uğrunda canlarınıfəda edən bütün şəhidlərimizi rəhmətlə yad edir, əziz xatirələrinədərin hörmət və ehtiramımı bildirirəm", - deyə o əlavə edib.

Cənubi Qafqazda dayanıqlı sülhün, iqtisadi inteqrasiyanın vəqarşılıqlı etimadın formalaşması üçün mühüm zəminin formalaşdığınıbildirən E.Ala qeyd edib ki, regional problemləri məhz bölgəölkələri həll edə bilərlər. Onun sözlərinə görə, Cənubi Qafqazölkələri öz məsələlərini uzaq coğrafiyalardakı güclərinmüdaxiləsinə ehtiyac duymadan öz qonşuları ilə əməkdaşlıq yolu iləhəll etməyə qadirdir və bu iradəyə sahibdir.

AK Parti Sədrinin birinci müavini qeyd edib ki, qlobal sisteminədalətli bir formaya salınması Türkiyənin xarici siyasətinin dəprioritetlərindəndir.

Türkmənistan Demokratik Partiyasının Sədri Ata Sərdarovçıxışında təmsil etdiyi ölkənin Azərbaycanın siyasi, iqtisadi vəmədəni-humanitar sahələrdə sürətli inkişafını, beynəlxalq arenadanüfuzunun və təsirinin artmasını, aktual qlobal məsələlərinhəllində fəal rolunu xüsusi maraqla izlədiyini deyib. O, bumarağın, hər şeydən əvvəl, Türkmənistan və Azərbaycan xalqlarınınortaq köklərindən qaynaqlandığını bildirib.

O, Türkmənistan ilə Azərbaycan arasında mövcud olan dostluq vəqardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edərəkdaha da möhkəmlənəcəyinə əminliyini diqqətə çatdırıb.

Sonra çıxış edən Şimali Kipr Türk Cümhuriyyətinin Ulusal BirlikPartiyasının sədri, Baş nazir Ünal Üstel Şuşa şəhərini mübarizəsimvolu adlandırıb. O deyib ki, Şuşa bir millətin yenidən ayağaqalxmasının nümunəsidir: "Şuşa böyük bir Zəfərin adıdır. ŞuşanınZəfərini bir daha təbrik edirik. Şimali Kipr Türk Cümhuriyyətiolaraq can Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrikedirik. Bildirmək istəyirəm ki, Qarabağ Zəfərində Azərbaycanxalqının yaşadığı o böyük qüruru biz də öz qəlbimizdə hiss etdik.Çünki bu Zəfər bütün Türk dünyasınındır".

Ünal Üstel vurğulayıb ki, müasir dövrdə Türk dünyası təkürək-tək biləkdir. "Bunu bütün dünyaya göstəririk. Biz təkcə birmillətin nümayəndələri deyilik, eyni zamanda, böyük birsivilizasiyanın da daşıyıcılarıyıq. 2022-ci ildə Şimali Kipr TürkCümhuriyyəti Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv seçildi. Buhadisə bizim böyük ailənin önəmli tərkib hissəsi olduğumuzu birdaha nümayiş etdirdi. Bu gün Şuşadan bir daha bəyan edirik ki,Şimali Kipr Türk Cümhuriyyəti Türk dünyasının ayrılmaz birparçasıdır", - deyən Baş nazir Türk Dövlətləri Təşkilatı ilə hərsahədə inteqrasiyanı artırmaq istədiklərini vurğulayıb.

Plenar sessiyanın sonunda moderator Ramil Həsən yeni dünyanizamının qlobal çağırışlarla zəngin olduğunu vurğulayıb. O qeydedib ki, dünyada baş verən mürəkkəb proseslər dövlətlərin fəaləməkdaşlığını zəruri edir. R.Həsən konfransda aparılanmüzakirələrin bu baxımdan böyük əhəmiyyət daşıdığını bildirib.

Daha sonra Türkiyənin Ədalət və İnkişaf Partiyası Sədrininxarici əlaqələr üzrə müavini, Türkiyə Böyük Millət Məclisinin üzvüZafer Sırakayanın moderatorluğu ilə “Milli suverenlik, regionaləməkdaşlıq və qlobal təhlükəsizlik: yeni çağın siyasiparadiqmaları” mövzusunda keçirilən panel sessiyada Yeni AzərbaycanPartiyası Sədrinin müavini, Milli Məclis sədrinin birinci müaviniƏli Əhmədov, Qazaxıstanın “AMANAT” Partiyasının İcra katibi DauletKəribek, Sahibkarlar və İş Adamları Hərəkatı – Özbəkistan LiberalDemokratik Partiyasının Siyasi Şurası İcra Komitəsinin sədri,Özbəkistan Respublikası Ali Məclisi Qanunvericilik PalatasındakıUzLiDeP fraksiyasının sədri Aktam Xaitov, Serbiya Tərəqqi PartiyasıSədrliyinin üzvü, Serbiya Respublikasının Avropa inteqrasiyasınaziri Nemanya Staroviç çıxış edərək mövzu ilə bağlı fikirlərinibölüşüblər.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri,Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrımın moderatorluğuilə keçirilən Ədalət naminə həmrəylik: siyasi partiyaların rolu”mövzusunda panel sessiyasında isə Yeni Azərbaycan Partiyası İdarəHeyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə DövlətKomitəsinin sədri Bahar Muradova, Tacikistan Xalq DemokratikPartiyası Sədrinin birinci müavini Malikşo Nematzoda, Belarusun“Belaya Rus” Partiyası sədrinin müavini Andrey Buqrov, UkraynanınXalqın Xidmətçisi Siyasi Partiyasının beynəlxalq əlaqələr üzrəkatibi, Ukrayna Ali Radasının üzvü Vadim Halayçuk çıxışediblər.

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, AzərbaycanDövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun moderatoruolduğu “Ortaq dəyərlər və süni intellekt: yeni təhdidlər vəimkanlar” mövzusunda panel sessiyasında Çinin Azərbaycandakı səfiriLu Mey, Bolqarıstanın Haqq və Azadlıqlar Hərəkatı parlamentfraksiyası sədrinin müavini Ceyhan İbryamov, Yeni AzərbaycanPartiyasının İdarə Heyətinin üzvü, Bakı Ali Neft Məktəbinin rektoruElmar Qasımov, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü,Milli Məclisin deputatı Tahir Mirkişili mövzu ilə bağlı fikirləriniçatdırıblar.

Konfrans Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsiilə başa çatıb.

Tədbirdən sonra iştirakçılar Şuşa və Xankəndinin tariximəkanları, aparılan tikinti və bərpa-quruculuq işləri ilə tanışolublar.

Şuşada
Şuşada
Şuşada
Şuşada
Şuşada
Şuşada
Şuşada
Şuşada
Şuşada
Şuşada
Şuşada
Şuşada
Şuşada
Şuşada
Şuşada
Seçilən
7
10
az.trend.az

10Mənbələr