AZ

“İsraillə uzunmüddətli müharibəyə hazırıq” – İran rəsmisi

"İsrail rejimi ilə uzunmüddətli müharibəyə hazırıq".

Hurriyyet.az xəbər verir ki, bunu İranın anonim qalmaq istəmiş təhlükəsizlik rəsmisi bildirib.

O bildirib ki, İran sionist rejimlə (İsrail - red.) uzunmüddətli müharibəyə hazırdır və potensial hədəfləri izləyir: "Tehran İsrailin hərbi hücumları ilə qəti şəkildə mübarizə aparmağa hazırlaşır və rejimin döyüş maşınını sıradan çıxarmaq niyyətindədir".

Rəsmi ölkənin İsraillə qarşıdurmada qərarlı olduğunu vurğulayıb: "İran uzunmüddətli müharibəyə hazırdır. İran hədəflərinin geniş siyahısı var. Bunlara İsrail liderlərinin məxfi iqamətgahları, enerji obyektləri, hərbi təyyarələri təchiz edən fabriklər, mühüm komandanlıq və nəzarət infrastrukturu daxildir".

Yenisabah.az

Seçilən
0
3
hurriyyet.az

4Mənbələr