AZ

Müavinətlərin son artımı qiymətlərə necə təsir edəcək? - “İlin sonunda...”

“Məsələ burasındadır ki, Azərbaycanda sosial müavinətlər hər il artırılmır, yaxud artım uzun müddət sonra olur. Yəni tez-tez baş vermir. Nəticə etibarı ilə müavinətlərdəki artımların heç bir ciddi təsiri olmur”.
 
Bu sözləri "Yeni Sabah"a iqtisadçı Toğrul Vəliyev deyib.
 
Onun sözlərinə görə, sosial müavinətlərin artımı əsasən bazardakı qiymət artımlarına görə edilir:
 
“Müvafiq sosial müavinətlərin artımı məhz ona görə baş verir ki, bazarda qiymət artımı artıq var. Burada səbəb-nəticə bir qədər fərqlidir. Məsələ burasındadır ki, Azərbaycanda sosial müavinətlər hər il artırılmır, yaxud artım uzun müddət sonra olur. Yəni tez-tez baş vermir. Nəticə etibarı ilə müavinətlərdəki artımların heç bir ciddi təsiri olmur.
 
Qiymətlər daha yüksək artır, nəinki müvafiq ödənişlər. Azərbaycanda müxtəlif məhsulların qiymətləri əsasən dövlət sifarişləri ilə bağlı artır. Çünki ölkə iqtisadiyyatında əsas qüvvə kimi dövlət investisiyaları önəmli yer tutur. Ümumiyyyətlə, inflyasiyanın əsas amillərindən biri daha çox dövlət investisiyalarıdır, nəinki insanların gəlirləri. Normal olaraq, insanların gəlirləri artırsa, müvafiq məhsulların qiymətləri də artmağa başlayır. Amma adətən, bu proses tənzimlənir”.
 
Ekspert vurğulayıb ki, ilin sonuna doğru ikirəqəmli inflyasiya göstəricilərini görəcəyik:
 
“Son zamanlar inflyasiyanın daha da sürətlənməsi nəticəsində vətəndaşlar qiymət artımlarını hiss etmirlər. Baxmayaraq ki, ilin cəmi 5 ayı keçib, inflyasiya artıq 6 faizdən yüksəkdir. Bu o deməkdir ki, tendensiya belə davam edərsə, ilin sonuna artıq ikirəqəmli inflyasiya olacaq.
 
Azərbaycanda inflyasiya əsasən idxal inflyasiyasıdır. Bir çox məhsullar ya xaricdən idxal olunur, ya da xaricdən idxal olunan xammaldan istehsal edilir. Son zamanlar dünyada baş verən tendensiyalar mütləq şəkildə daşıma qiymətlərinə də təsir edir və edəcək. Bu, əlbəttə, idxalın bahalaşmasına gətirib çıxaracaq. Fikrimcə, indiki inflyasiya tendensiyası artım tempi ilə davam edəcək”.
 
Seçilən
3
9
moderator.az

10Mənbələr