AZ

Bulvardakı Saatın Əqrəbləri

Səhərin ilk işığıyla oyanan şəhərdə tək bir səssizlik var — o da bulvardakı saatın içində gizlənir. Hər kəs hələ yuxuda olanda, o saat ayıqdır. Onun əqrəbləri dənizin ritminə uyğun dönür, küləklə pıçıltılaşır, günəşin doğuşunu gözləyir.

Dəniz səssizcə nəfəs alır. Külək saçlarıma toxunur, sanki kiminsə şəfqətli əli… Mən isə Bulvardakı o köhnə saatın qarşısından keçib gedirəm. Adımlarımla vaxtı ölçürəm, içimdəki düşüncələrlə isə həyatın mənasını.

Bu saatın heç səsi yoxdur, amma danışır —
“Keçmiş buradaydı”, deyir…
“Xatirələr bu skamyada oturub”, deyir…
“Yürüməyə davam et, Xəyal,” — deyir…

Günəş suya vurur, dəniz işıqla gülümsəyir. Mənimsə içimdə qəribə bir sakitlik. Bəlkə də bulvardakı saat mənim iç saatımın da səsini eşidib…

Həyatda bəzən vaxtı saata yox, bir hissə, bir nəfəsə, bir külək toxunuşuna baxıb ölçmək lazımdır.

“Bəzən saatın əqrəbləri yox, baxdığın istiqamət zamanı müəyyən edir.”

Müəllif: Xəyal Məmmədov

image-80e20df8-ee8a-4240-bd23-5ddd892dbf20

Seçilən
8
busaat.az

1Mənbələr