İran silahlı qüvvələrinin elit bölməsi İsrailin kəşfiyyat mərkəzlərinə zərbələr endirib.
Publika.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyanat yayıb.
Bəyanatda deyilir: "İran Aerokosmik Qüvvələri İsrailin bugünkü hücumlarına cavab olaraq, onun kəşfiyyat mərkəzlərinə qarşı yeni raket zərbələri dalğası təşkil edib".
İslam İnqilabı Keşikçiləri Korpusu qeyd edib ki, iyunun 15-i axşam saatlarında həyata keçirilən hücumlar “Doğru Vəd 3” əməliyyatının üçüncü dalğası olub.