AZ

4 dəfə Yunanıstan çempionu olan məşqçi Sabah ı çalışdıra bilər

Sportal.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Vasili Berezutski ilə yolları ayıran "Sabah" yeni baş məşqçi axtarışlarına start verib.

Sportal.az Sport1.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi artıq bir neçə mütəxəssislə danışıqlara başlayıb. Onlardan biri Takis Lemonisdir.

Yunanıstanlı çalışdırıcının 65 yaşı var. O, indiyə kimi "Olimpiakos", APOEL, "Kaliteya", "APO Levadiakos", "Ksanti", "Panionios", "Omoniya", "Panetolikos", "Əl-Riad" kimi klublarda çalışıb.

Karyerası ərzində 4 dəfə Yunanıstan çempionu, 1 dəfə Super Kubokunun qalibi olub. Onun tək uğuru "Olimpiakos"da olmayıb. Mütəxəssis "Omoniya"da da naliyyətlər əldə edib. Takis Lemonis Kiprdə həm ölkə çempionluğunu, həm də Super Kuboku qazanıb.

saytlarin hazirlanmasi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
1
sportal.az

2Mənbələr