Xəbər verildiyi kimi, Kosta-Rika millisinin futbolçusu Dieqo Kamposun karyerasını Azərbaycanda davam etdirə biləcəyi iddia olunur.Bu haqda Kosta-Rikanın “La Nacion” nəşri məlumat yayıb.
Yerli mənbələr “Qarabağ”ın 29 yaşlı yarımmüdafiəçiyə maraq göstərdini və heyətinə qatmaq istədiyini yazıb.
Məlumata görə, artıq “Qarabağ” Dieqo Kamposa görə onun müqavilə ilə məxsus olduğu Kosta-Rika yüksək liqa təmsilçisi “LD Alaxuelense”yə təklif də irəli sürüb.
Hazırda tərəflərin danışıqlar apardığı da deyilir.
Millidə 3 oyun keçirən və 1 qol vuran Dieqo Kampos sol vinger mövqeyində çıxış edir. Hazırda “Qarabağ”da bu mövqedə Abdullah Zubir və Emmanuel Addai oynayır.
Bu gün “La Nacion”dan redaksiyamızla əlaqə saxlanılıb.
Kosta-Rikada nəşr olunan qəzetin əməkdaşları Sportinfo.az-a bildirib ki, yaydıqları bu xəbər həqiqətə söykənir:
“Qarabağ“ın idman direktoru ilə birbaşa əlaqə saxlamaq istəyirik. Həmin klub “LD Alaxuelense”də çıxış edən Dieqo Kamposa təklif göndərib.
“Qarabağ”ın direktoru onunla maliyyə şərtləri barədə danışmalıdır. Bu məsələni tezləşdirmək lazımdır.
Dieqo ilə Serbiyadan “Partizan” və Türkiyədən bir neçə klub maraqlanır. Təklifləri çoxdur“.