AZ

Ərdoğanla Putin telefonla danışıblar

Hurriyyet.az xəbər verir ki, Türkiyə ilə Rusiya prezidentləri R.T.Ərdoğan ilə Vladimir Putin telefonla danışıblar. Bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat verib.

Söhbət zamanı İranla İsrail arasındakı münaqişədən, həmçinin ikitərəfli və regional gündəlikdəki aktual məsələlərdən bəhs edilib.

Ərdoğan bölgədə müharibənin yolverilməz olduğunu bəyan edib, İsrailin addımlarının beynəlxalq sistem və regionun təhlükəsizliyi üçün təhdid olduğunu söyləyib.

Türkiyə Prezidenti İranın nüvə proqramı probleminin nizamlanması üçün yeganə yolun diplomatik yol olduğunu deyib.

Hürr Tərcüman

 

Seçilən
10
1
hurriyyet.az

2Mənbələr