AZ

Pənah Hüseyn: "Bu addım istefa anlamına gəlmir"

Pənah

"Partiya sədri səlahiyyətlərinin icrasının sədr müavini Qiyas Sadıqova həvalə olunması içində olduğum digər bir siyasi prosesdə iştirakımla bağlıdır".

Bunu Azərbaycan Xalq Partiyasının (AXP) qurucusu Pənah Hüseyn deyib.

O bildirib ki, hələki, formal olaraq AXP-nin sədri vəzifəsində qalır: "Mən hələki, partiyamızın sədri olaraq qalıram. Bir daha qeyd edirəm ki, bu addım istefa anlamına gəlmir və sadəcə olaraq içərisində olduğum prosesdə fəal iştirak etmək məqsədilə atılıb. Yeni sədrin seçilməsinə gəlincə, nizamnaməyə uyğun olaraq, bu, partiyanın qurultayında həll olunması nəzərdə tutulan məsələdir" - deyə, Pənah Hüseyn deyib(APA)
Seçilən
9
7
reyting.az

7Mənbələr