AZ

Ərdoğan Putin və Pezeşkianla danışdı, bu təklifi irəli sürdü

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İran prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, danışıq zamanı İsrail–İran arasında artan gərginlik, regional və qlobal məsələlər müzakirə olunub.

Ərdoğan bölgədəki qarşıdurmanın tezliklə dayandırılması və nüvə danışıqlarına qayıdılması üçün Türkiyənin vasitəçi rol oynamağa hazır olduğunu bildirib.

O qeyd edib ki, İsrail və İran arasındakı münaqişəli vəziyyətlə bağlı digər liderlərlə də təmaslar qurulur.

Seçilən
12
30
publika.az

10Mənbələr