AZ

Putin və Ərdoğan İran-İsrail gərginliyini müzakirə ediblər

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub. Danışıq zamanı tərəflər İran ilə İsrail arasında artan gərginliyi və bölgədəki son vəziyyəti müzakirə ediblər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezident Administrasiyasının mətbuat xidməti yayıb.

Bildirilib ki, liderlər Yaxın Şərqdə baş verən hadisələrin regional sabitliyə ciddi təsir göstərdiyini qeyd ediblər. Tərəflər bölgədə gərginliyin azaldılması və diplomatik yollarla həll yollarının tapılmasının vacibliyini vurğulayıblar.

Həmçinin bildirilib ki, Ərdoğan və Putin gələcəkdə də regional məsələlər üzrə sıx əməkdaşlığı davam etdirmək niyyətindədirlər.

Seçilən
5
nocomment.az

1Mənbələr