ain.az bildirir, Azvision saytına əsaslanaraq.
AzVision.az xəbər verir ki, sərginin açılış ərəfəsində İsrail şirkətlərinin pavilyonlarını örtən qara lövhələr onlara giriş-çıxışı bağlayıb. İsrailin Müdafiə nazirliyinin mətbuat xidməti ev sahibi olan ölkənin hərəkətlərindən hədsiz hiddətləndiyini bildirib. Qurumun açıqlamasına görə, ötən axşam sərginin açılışına bir gün qalmış onun təşkilatçıları “Fransa hökuməti adından çıxış edərək” İsrailin müdafiə şirkətlərinin pavilyonlarından hücum silahı sistemlərinin nümunələrinin çıxarılmasını əmr ediblər. Təl-Əvivin fikrincə, bu, bütün dünyada analoji sərgilərdə qəbul olunmuş standart təcrübənin pozulmasıdır, ona görə də İsrail nümayəndələri təşkilatçıların tələblərini yerinə yetirməkdən imtina ediblər. İsrailin Müdafiə nazirliyi bildirib ki, bu tələb bütün İsrail pavilyonlarında eksponatların açılışa hazırlandığı vaxt “gecə yarısı” irəli sürülüb. Nəticədə forumun əməkdaşları İsrail şirkətlərinin stendlərini bağlayan qara lövhələr quraşdırıblar. “İsrailin Fransa sənayesi ilə rəqabət aparan silahlarını beynəlxalq sərgidə iştirakdan kənarlaşdırmaq üçün Paris guya mövcud olan siyasi mülahizələrin arxasında gizlənir. İranda İsrail texnologiyasının təsirli və dəqiq nəticələri fonunda bu, xüsusilə təəccüblüdür”, - bəyanatda vurğulanır. Bununla əlaqədar İsrailin Müdafiə nazirliyi Fransa hökuməti və “Le Burje” sərgisinin təşkilatçıları qarşısında İsrail pavilyonlarından qara seqreqasiya divarlarını götürməyi və sərginin bütün digər iştirakçıları kimi İsrail sənaye müəssisələrinə öz sistemlərini nümayiş etdirməyə icazə verməsi tələbini qoyub. Xatırladaq ki, bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Rusiyanın İsraillə İran arasında münaqişədə vasitəçilik çıxış edə bilməsini şübhə altına alıb.
Авиасалон Ле Бурже, Франция. Израильские павильоны наглухо закрыты черными перегородками, чтобы никто на них, не дай бог, не взглянул. pic.twitter.com/4hnH1G90zP
— seymur bakshev (@seymur_bakshev) June 16, 2025
Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.