AZ

10 tacikistanlı İrandan Azərbaycana təxliyə olunub - FOTO

Astara Dövlət Sərhədindən Buraxılış Məntəqəsindən növbəti xarici ölkə vətəndaşlarının təxliyəsi həyata keçirilib.
 
Moderator.az xəbər verir ki, bu gün Astara Dövlət Sərhədindən Buraxılış məntəqəsindən nöbəti xarici ölkə vətəndaşları təxliyə olunublar.
 
Belə ki, 10 nəfərdən ibarət qrup əsasən Tacikistan vətəndaşları olub.
 
Qeyd edək ki, bir sıra xarici dövlətlər Azərbaycan hökumətinə müraciət edərək İranda olan vətəndaşlarının təxliyəsinə yardım göstərilməsini xahiş edib.
 
Azərbaycan dövləti isə humanitar prinsipləri rəhbər tutaraq bu şəxslərin ölkəmiz ərazisindən təhlükəsiz keçidi üçün bütün zəruri şəraiti yaradıb.
Seçilən
0
8
moderator.az

10Mənbələr