AZ

FORDO Müharibənin taleyini həll edəcək obyekt + VİDEO

ain.az bildirir, Hurriyyet portalına istinadən.

İran və İsrail arasında davam edən gərgin münaqişənin mərkəzinə çevrilən obyektlərin başında İranın "Fordo" nüvə təsisi dayanır. 

Hurriyyet.az xəbər verir ki, İsrailin müharibənin ilk günlərindən hədəf aldığı bu obyektin tam məhv edilib-edilməməsi, regionda silahlı toqquşmaların gedişinə və siyasi nəticələrinə birbaşa təsir göstərə bilər.

"Fordo" nüvə təsisi İranın Qum şəhəri yaxınlığında, dəniz səviyyəsindən təxminən 900 metr dərinlikdə, dağın içində yerləşir. Bu obyekt əvvəllər gizli saxlanılıb və ilk dəfə 2009-cu ildə Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) tərəfindən üzə çıxarılıb. "Fordo" İranın uran zənginləşdirmə proqramında əsas rol oynayan obyektlərdən biridir.

Təsisin dərinlikdə yerləşməsi onu adi hava hücumlarına qarşı demək olar ki, toxunulmaz edir. Bu səbəbdən  beynəlxalq ictimaiyyət və xüsusilə İsrail üçün "Fordo" İranın nüvə silahı əldə etmə potensialının simvoluna çevrilib.

Müharibənin ilk günlərində İsrail "Fordo" obyektini birbaşa hədəf alsa da, əlində kifayət qədər sığınacaq əleyhinə bomba və strateji bombardman təyyarələrinin olmaması səbəbindən bu hücumlar ciddi nəticə verməyib.

"El Arabiya" telekanalına danışan İsrailli bir yüksək rütbəli rəsmi isə bu sözlərlə vəziyyətin ciddiliyini ifadə edib: “Əgər Fordo tamamilə sıradan çıxarılmazsa, bu əməliyyatın hərbi və siyasi baxımdan heç bir real nəticəsi olmayacaq".

İsrail rejiminin rəhbəri  Benyamin Netanyahu isə ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarında yerləşən bombardmançı təyyarələrin bu əməliyyata dəstək verməsi üçün ABŞ Prezidenti Donald Trampa təzyiqlər edir.

"Fordo" təsisi yalnız İran üçün strateji deyil. Qərb ölkələri və xüsusilə İsrail, bu obyektin mövcudluğunu İranın nüvə silahına gedən yolunun əsas pilləsi kimi qiymətləndirir. Təsisin bu qədər dərinlikdə və qorunan mühitdə yerləşməsi onun BAEA-nın nəzarətindən tam çıxması halında İranın nüvə silahı əldə etməsinə dair Qərb ölklərindəki narahatlıqları artırır.

AzPolitika.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
2
hurriyyet.az

3Mənbələr