Milli.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Son üç gün ərzində İranın İsrail ərazisinə endirdiyi raket hücumları insan tələfatına səbəb olub.
Milli.Az xəbər verir ki, bu barədə İsrail Baş nazirinin müşaviri Dmitri Gendelman sosial media hesabında məlumat yayıb.
Onun açıqlamasına görə, raket zərbələri nəticəsində 24 nəfər həlak olub, 592 nəfər isə yaralanıb. Yaralılardan 10 nəfərin vəziyyəti ağır, 36 nəfərin xəsarətləri isə orta dərəcəli hesab olunur. Digər 546 nəfər isə yüngül bədən xəsarətləri alıb.
Gendelman əlavə edib ki, İran tərəfindən İsrailə 370-dən çox ballistik raket atılıb.
Kənan
Milli.Az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.