Sportal.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
"Azərbaycan millisi Macarıstanla görüşdə uduzsa da, son vaxtlarda gördüyüm ən yaxşı komanda idi. Əzmkar, döyüşkən, mübariz oyun göstərdilər. Bu da sevindirici haldır. Latviyanı udmalıydıq. Çünki onlar FİFA reytinqində də bizdən aşağı pillədədir, futbolçuları da o qədər keyfiyyətli deyildi. Bizdə isə daha maraqlı, daha keyfiyyətli oyunçular var. Lakin Latviyanı udmaq alınmadı. Macarıstana qarşı isə istədiyimiz oyunu oynadılar. Amma nəticə yenə də ürəkaçan olmadı, uduzduq".
Bu sözləri Sportal.az saytına açıqlamasında Azərbaycan milli komandasının sabiq üzvü Əfran İsmayılov deyib. O, yığma komandamızın son iki görüşdəki performansını dəyərləndirib. İsmayılovun sözlərinə görə, millidə günahkar axtarmaq lazım deyil: "Son 10 matçda komandamızda milli ruhu görməmişdim. Macarıstanla görüşdə həmin milli ruhu, əzmkarlığı, istəyi gördüm. Buna görə də sevindim. Allah qoysa, davamı da gələr.
Uğursuzluğa görə, günahkar axtarmaq lazım deyil. Hamımız bir yerə yığılmalı,fikirləşməli, düşünməli və vəziyyəti düzəltməliyik. Milli hamımızın millisidir. Baş məşqçi söhbəti gələndə, həmişə demişəm ki, artıq puldur. Fernandu Santuş təcrübəlidir, amma nə yaş o yaşdı, nə də keyfiyyət. Elə özümüzünkülərə inansaq, inkişafın üstündə dayansaq, inanıram ki, bir yerə gəlib çıxarıq”.
Millimizin veteran futbolçusu DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Fransaya qarşı keçiriləcək görüşdə şanslarını da dəyərləndirib:
“Fransa ilə matçda əzmkarlığı davam etdirmək lazımdır. İstəkli, qorxmadan, çəkinmədən çıxıb oynamaq lazımdır. Bəli, çox çətin olacaq. Amma bu oyunu oynamalıyıq. Ən yaxşı oyunlarımızı oynamalıyıq”.
Mirbağırağa
saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.