AZ

PSJ “Yuventus”un hücumçusunu istəyir

PSJ “Yuventus”un hücumçusu Duşan Vlahoviçi transfer etməyə hazırlaşır.

İdmanxeber.az-ın məlumatına görə, fransız klubu 2025-ci ilin əvvəlindən serbləri izləməyə başlayıb. O vaxtdan bəri mümkün transferin dəyəri azalıb. Vlahoviçlə “Arsenal” və “Mançester Yunayted” də maraqlanır.

2024/25 mövsümündə futbolçu “Yuventus”un heyətində 41 matçda 15 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun müqaviləsi 2026-cı il iyunun 30-da başa çatır.

Transfermarkt futbolçunun transfer dəyərini 45 milyon avro qiymətləndirir.

Seçilən
8
idmanxeber.az

1Mənbələr