AZ

Tacikistan vətəndaşları İrandan Azərbaycana təxliyə olundu

BAKI, 16 iyun. TELEQRAF

Bu gün günorta saatlarında Astara Dövlət Sərhədindən keçid məntəqəsində növbəti xarici ölkə vətəndaşları təxliyə olunub.

Teleqrafın bölgə müxbiri xəbər verir ki, 10 nəfərdən ibarət qrup əsasən Tacikistan vətəndaşları olub.

Qeyd edək ki, bir sıra xarici dövlətlər Azərbaycan hökumətinə müraciət edərək İranda olan vətəndaşların təxliyəsinə yardım göstərilməsini xahiş edib. Azərbaycan dövləti isə humanitar prinsipləri rəhbər tutaraq bu şəxslərin ölkəmiz ərazisindən təhlükəsiz keçidi üçün bütün zəruri şəraiti yaradır.

Seçilən
3
3
teleqraf.com

10Mənbələr