AZ

Türkiyənin 18 vilayətində antiterror əməliyyatı keçirilib

Ankara, 16 iyun, AZƏRTAC

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən ümumilikdə 39 nəfərin saxlanıldığını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, əməliyyat Türkiyənin 18 vilayətini, o cümlədən Adana, Hatay, Kahramanmaraş, Kayseri, İstanbul və Bursanı əhatə edib.

Nazirin sözlərinə görə, saxlanılan şəxslər İŞİD-ə bağlı strukturlara vəsait köçürüb, həmçinin sosial şəbəkələrdə terror ideologiyasının təbliği ilə məşğul olublar.

Axtarışlar zamanı qadağan olunmuş ədəbiyyat və elektron məlumatlar aşkar edilib.

Daxili İşlər Nazirliyinin rəhbəri iki həftə davam edən əməliyyatın əlaqələndirilməsinə görə vilayətlərin valiliklərinə, həmçinin prokurorluğa təşəkkür edib.

A.Yerlikaya əmin edib ki, cinayətkarlıqla mübarizə mütəmadi olaraq davam etdiriləcək.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
4
6
azertag.az

7Mənbələr