Ağdamda dörd otaqlı ev yanıb.
Day.Az Trend-ə istinadən xəbər verir ki, yanğın hadisəsi rayonun Mirəşelli kəndində qeydə alınıb.
Belə ki, kənd sakini Səmədov Aydın Muxtar oğluna məxsus 4 otaqlı evdə yanğın olub..
Hadisə yerinə FHN-nin yanğınsöndürən əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.