AZ

İsrail nüvə silahı işlədərsə, bu ölkə də müharibəyə qoşulacaq İrana zəmanət verilib

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

"Pakistan İsrailin İrana qarşı nüvə silahı işlətməsi halında cavab olaraq İsraili hədəfə alacağına dair zəmanət verib".

"AzPolitika" xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş komandiri Möhsün Rızayi bildirib.

O, bu bəyanatla çıxış edərək İslam dünyasına İsrailə qarşı birgə mövqe sərgiləməyi çağırıb.

Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asıf da bu kontekstdə “Qərbin İsrailə verdiyi dəstək bölgədə fəlakətlə nəticələnə bilər” deyə xəbərdarlıq edib.

Qeyd edək ki, İsrailin mümkün nüvə silahı istifadəsi dünya ictimaiyyətində ciddi narahatlıq doğurur. Nüvə Silahlarının Qadağan Edilməsi Müqaviləsi (TPNW) kimi sənədlər bu silahların istifadəsini və yayılmasını tamamilə qadağan etsə də, nə İsrail, nə də Pakistan bu müqaviləyə tərəf deyil. 1970-ci ildə qüvvəyə minmiş Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) çərçivəsində isə İran tərəfdir, lakin İsrail bu sənədə qoşulmayıb.

BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi isə 1996-cı ildə verdiyi rəyə əsasən, nüvə silahlarının istifadəsinin ümumilikdə beynəlxalq hüquqa zidd olduğunu vurğulasa da, dövlətin sağ qalması kimi fövqəladə hallarda qadağanın dəqiq ifadə olunmadığını da qeyd edib.

Münaqişənin getdikcə dərinləşməsi, bölgəni daha böyük bir regional və beynəlxalq toqquşma təhlükəsi ilə üz-üzə qoyur.

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
1
azpolitika.info

2Mənbələr