AZ

Bayern in baş məşqçisi olmasaydım belə, bu oyunu stadiondan izləyərdim Vensan Kompani

Fanat portalından alınan məlumata görə, ain.az xəbər verir.

Klublararası dünya çempionatının 2-ci turunda C qrupunda "Boka Xuniors"la üz-üzə gələcək "Bayern Münhen"in baş məşqçisi Vensan Kompani iyunun 21-də baş tutacaq görüş ərəfəsində fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Bayern & Germany" belə çatdırıb:

"Boka Xuniors"la matç qrup mərhələsinin əsas hadisəsi olacaq. Ənənəvi Avropa klubu ənənəvi Cənubi Amerika təmsilçisi ilə qarşılaşacaq. "Bayern"in baş məşqçisi olmasaydım belə, bu oyunu stadiondan izləyərdim. Onlarla görüş xüsusi matçdır".

Xatırladaq ki, "Bayern" 1-ci turda "Oklend Siti"ni 10:0 hesabı ilə yenib. "Boka Xuniors" isə ilk oyununu sabah "Benfika"ya qarşı keçirəcək.

Nihat

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
1
fanat.az

2Mənbələr