Həyətində çətənə kolu yetişdirən şəxs tutuldu - VİDEO
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Ajans.az-a bildirilib ki, onun yaşadığı evin həyətyanı sahəsindən kultivasiya edərək yetişdirdiyi 29 ədəd çətənə kolu aşkar olunub. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qulluq göstərərək yetişdirdiyini və qazanc əldə etmək məqsədilə əkdiyini bildirib. Faktla bağlı cinayət işi başlanılıb, K.İbrahimov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.