Olke.az saytına istinadən ain.az xəbər verir.
"Adamın əsəbdən ürəyi partlayır. Yazanda da birmənalı qarşılamırsınız. Sanki yazan oliqarx, yaxud nazir balasıdır. Mən yazıq, ağlım kəsəndən işləyirəm. Özü də necə?! Günü bu gün, bir işdə varamsa, hər gün özünü doğrultmamaq qorxusundan, o qədər həyəcanlanıram. Tər tökürük, can qoyuruq, bir müsbət rəyin, bir təşəkkürün quluyuq. Amma qıraqdan baxan elə bilir ki, nəsə göydən düşür. Ay hay".
Ölkə.az xəbər verir ki, bu fikirləri müğənni Murad Arif deyib.
"Bax, cavan uşaqlar tanıyıram. Məsuliyyət 0, ciddiyyət 0, savad 0, intizam 0, fərasət 0! 20-22 yaşından evlənirlər. 2 uşaq, 3 uşaq, 4 uşaq tappatarap! Şüur, özünüdərk yetişmədən. A bala, necə dolanmağı düşünürsən? Nə bacarırsan? Taksi sürücülüyü, moyka. "Patsan-patsan" veyillənmək.
Dünya-aləm pul qazanan oğlanlar var ki, özlərinə, vaxtlarına o veyillənməyi, sülənməyi, o çayxananı, o nərdi, dominonu rəva bilmir! Haradandır bu rahatlıq? Və niyə belə məsuliyyətsiz adamlar evlənir?",- deyə M.Arif bildirib.
Həmidə İbrahimova
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.