AZ

Napoli iki ulduz futbolçunun transferində maraqlıdır

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

"Napoli" "Mançester Siti"nin yarımmüdafiəçisi Cek Qriliş və "Mançester Yunayted"in futbolçusu Alexandro Qarnaçonu transfer etməyi düşünür.

Oxu.Az xəbər verir ki, İtaliya klubu bu futbolçulardan ən azı birinin alınması üçün 53 milyon avro ayrılıb. Hazırda tərəflər arasında danışıqlar davam edir.

Qeyd edək ki, 2024/25 mövsümündə Qriliş "Mançester Siti"nin heyətində bütün yarışlarda 32 matçda 3 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.

Qarnaço isə "Mançester Yunayted"in heyətində 58 matçda 11 qol vurub və 10 məhsuldar ötürmə edib. Onun "Mançester Yunayted"lə müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
2
oxu.az

3Mənbələr