AZ

Tramp qanunsuz miqrantların deportasiyasını fəallaşdırmağa çağırıb

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp ölkənin Miqrasiya və Gömrük Polisini(ICE) Los-Anceles, Çikaqo və Nyu-York şəhərlərində qanunsuzmiqrantların deportasiyasını fəallaşdırmağa çağırıb.

Trend xəbər verirki, bu barədə Ağ Ev rəhbəri sosial şəbəkə hesabında yazıb.

О, qeyd edib ki, bu və digər şəhərlər Demokratik Partiyanınhakimiyyət mərkəzinin əsasını təşkil edir.

"Orada demokratlar qanunsuz miqrantlardan öz seçici bazasınıgenişləndirmək, seçkilərdə saxtakarlıq etmək və “Ümumi rifahdövləti”ni gücləndirmək məqsədilə istifadə edir və bu proses ABŞvətəndaşlarından yüksək gəlirli iş yerlərini və sosial imtiyazlarıəlindən alır", - paylaşımda əlavə olunub.

Məqalədə:
Seçilən
4
az.trend.az

1Mənbələr