ain.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.
Sovet dövründə erməni kilsəsi üçün indiki Ermənistan hakimiyyəti dövründəkindən daha çox işlər görülüb.
Yenisabah.az armeniannews-a istinadla xəbər verir ki, bunu İrəvanda dövlət və kilsə münasibətlərindəki problemlərə həsr olunmuş müzakirədə Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının təmsilçisi Mikael Açapayan deyib.
Arxiyepiskopun sözlərinə görə, kilsəyə hücumlar onu ruhani deyil, Ermənistanın tamhüquqlu vətəndaşı kimi narahat edir:
Baş nazir kürsüsündə oturan şəxs ona aidiyyəti olmayan sahəyə qarışıb. Ona deyən yoxdur ki, bu, Konstitusiyanın pozulmasıdır. Ədliyyə Nazirliyi Paşinyanın davranışına, Səhiyyə Nazirliyi isə onun psixi durumuna baxmalıdır".
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.