AZ

Pezeşkian: İran nüvə silahı hazırlamaq niyyətində deyil

BAKI, 16 iyun. TELEQRAF

İran nüvə silahı hazırlamaq niyyətində deyil və bu, Ali Rəhbər Ayətullah Əli Xameneinin dəyişməz mövqeyidir.

Teleqraf xəbər verir ki, bu barədə İranın Prezidenti Məsud Pezeşkian bildirib.

“Dövlətin mövqeyi aydındır və Ali Rəhbər dəfələrlə vurğulayıb ki, İran nüvə silahına sahib olmaqdan imtina edir və belə bir məqsəd güdmür. Bu açıq mövqeyə zidd olan hər hansı fikir və ya yanaşmaya sahib şəxsin İranın siyasət formalaşdırılmasında yeri yoxdur”, – o qeyd edib.

Seçilən
3
teleqraf.com

1Mənbələr