AZ

Arif Əsədov: Qərarın nəyə görə verildiyini demək çətindir

sport24.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Sabah"ın birinci mərhələdəki potensial rəqibləri məlumdur. Sport24.az xəbər verir ki, "bayquşlar" bu raundda "Şaxtyor" (Donetsk, Ukrayna) "Legiya" (Polşa) "Partizan" (Serbiya) "Şerif" (Tiraspol, Moldova), ÇFR (Kluj, Rumıniya), "Hapoel" (Byer-Şeva, İsrail) ,"Çelye" (Sloveniya), "Spartak" (Trnava, Slovakiya) kimi rəqiblərin biri ilə qarşılaşacaq.Azərbaycan yığmasının sabiq məşqçisi Arif Əsədov püşklə bağlı fikirlərini bölüşüb:"Potensial rəqiblərin hamısı mütəmadi avrokuboklarda çıxış edən klublardır. Bütün bunları nəzərə alaraq "Çeyle", "Spartak" və Şerif"i münasib rəqib kimi saymaq olar. Vasili Berezutski gedişi gözlənilməz oldu. Qərarın nəyə görə verildiyini demək çətindir. Görünən odur ki, klub da onu buraxmaq istəmirdi. Mətbuatda ailə məsələlərinə görə ayrıldığı yazılıb. Təbii ki, ailə önəmlidir. Bu baxımdan Berezutskinin verdiyi qərarı hörmətlə qarşılayıram".Qeyd edək ki, sabah UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin püşkü atılacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
sport24.az

1Mənbələr