Türkiyənin İstanbul Böyük Şəhər Bələdiyyəsinin keçmiş sədri Əkrəm İmamoğluna qarşı irəli sürülən ittihamlar məlum olub.
Turkustan.az xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.
Bildirilib ki, o, “terrorla mübarizə edən şəxsləri hədəf göstərmək”, “təhqir” və “təhdid” cinayətləri üzrə mühakimə olunub.
Məhkəmə prosesində Əkrəm İmamoğlu və vəkilləri iştirak ediblər. Eyni zamanda, iclasa CHP sədri Özgür Özəl və partiya üzvləri də qatılıblar.
Məlumata görə, keçmiş sədr “dövlət məmuruna qarşı vəzifəsindən dolayı açıq şəkildə təhqir”, “təhdid” və “terrorla mübarizədə vəzifə almış şəxsləri hədəf göstərmək” cinayətlərinə görə 2 il 8 aydan 7 il 4 aya qədər həbs edilə bilər. /bakivaxti.az/