Sankt-Peterburqun Nevski prospektindəki antikafedə donuz dörd yaşlı uşağı dişləyib. "Fontanka" xəbər verir ki, hadisədən sonra uşaq həkimlərə aparılıb.
Rusiya nəşrinin məlumatına görə, ana uşağı ötən gecə xəstəxanaya gətirib. Şəhər sakini oğlunun yaralandığını heyvana görə izah edib.
Balacaya sağ əlinin barmaqlarından birinin dişləmə yarası diaqnozu qoyulub. Uşaq peyvənd edilib və anası ilə birlikdə evə buraxılıb.
Ehtimallara görə, donuz uşağı onu yemləyərkən dişləyib.
Almaz Həsənli