AZ

Marneulidə bir qrup kənd sakini narkotik alverinin artmasına görə etiraz aksiyası keçirir

Gürcüstanın Marneuli bələdiyyəsinin Araflı kəndindən olan bir qrup sakin bu gün meriya binasının qarşısında etiraz aksiyası keçirir.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, aksiya iştirakçıları kənddə geniş vüsət alan narkotik maddə alverinə etirazlarını bildirirlər.

Sakinlərin sözlərinə görə, son dövrlər kənddə narkotik vasitələrin yayılması artıb və bu, xüsusilə, gənclər arasında asılılıq hallarının çoxalmasına səbəb olub. Etirazçılar bildiriblər ki, vəziyyət artıq dözülməz hal alıb və aidiyyəti qurumlar məsələyə yetərincə diqqət yetirmirlər.

“Gənclərimiz bu bəlanın qurbanına çevrilir. Valideyn olaraq biz övladlarımızın gələcəyindən narahatıq. Polis görmürmü, nə baş verir kənddə?”, – deyə aksiya iştirakçılarından biri jurnalistlərə deyib.

Etirazçılar hüquq-mühafizə orqanlarını və yerli rəhbərliyi dərhal hərəkətə keçməyə çağırır, narkotik alverçilərinə qarşı sərt tədbirlərin görülməsini və kənddə təhlükəsizliyin təmin edilməsini tələb edirlər.

Hazırda aksiya dinc şəkildə davam edir. Marneuli meriyasından məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Seçilən
8
2
report.az

10Mənbələr