AZ

Şir bürcləri buna diqqət etməlidir

Astroloq Dinçer Güner 16–22 iyun həftəsi üçün Şir və yüksələn Şir bürcləri barədə maliyyə baxımından önəmli xəbərdarlıqlar edib. 

News24.az xəbər verir ki, onun sözlərinə görə, Marsın qız bürcünə keçməsi ilə birlikdə maddi mövzularda aktivlik başlayır.

Günerin xəbərdarlıqları və tövsiyələri:

1. Bu dövrdə maliyyə məsələlərində daha diqqətli və detallara yönəlmiş davranmaq vacib olacaq,

2. Ani və plansız alış-verişlər maddi sıxıntılara səbəb ola bilər,

3. Gəliri artırmaq üçün yeni fürsətlər ortaya çıxa bilər, lakin tələskənlikdən çəkinmək lazımdır,

4. Əlavə işlər və layihələr vasitəsilə qazanc əldə etmək mümkündür,

5. Ortaqlıq və maliyyə anlaşmalarında fikir ayrılıqları və mübahisələr yaşana bilər,

6. Bu müddət öz dəyərini və bacarıqlarını ortaya qoymaq üçün əlverişli ola bilər,

7. Pul qazanmaqla özünü sübut etməyə çalışma, şəxsi dəyərini daha geniş aspektdən qiymətləndirməyə çalış,

8. Alış-verişdə keyfiyyətə üstünlük verin, uzunmüddətli və dayanıqlı seçimlərə yönəlin.

Səma Orucova


Seçilən
16
news24.az

1Mənbələr