AZ

Xəyanət edənlərin dediyi 5 CÜMLƏ

Xəyanətin təsiri insandan insana fərqli olsa da, ekspertlər xəyanətə əl atan insanların bəraət qazandırmaq, aşağılamaq və ya diqqəti yayındırmaq üçün müəyyən ortaq ifadələrdən istifadə etmələri ilə razılaşırlar.

News24.az xəbər verir ki, bu sözlər təsadüfi deyil, əksinə, qarşı tərəfin emosiyalarını manipulyasiya etmək və edilənlərin nəticələrini yumşaltmaq üçün şüurlu şəkildə seçilmiş psixoloji alətlərdir.

Diario AS xəyanət edən şəxslərin ən çox istifadə etdiyi beş cümləni və bu cümlələrin arxasında duran psixoloji mənanı şərh edib:

''Səni incitmək istəməzdim''

Bu cümlə qarşı tərəfi sakitləşdirmək və inam yaratmaq məqsədi daşısa da, psixoloqlar bu ifadənin çox vaxt manipulyasiya üçün deyildiyini bildirirlər. Aldadılmış şəxsdə yalançı təhlükəsizlik hissi yaradır və onların hosslərini şübhə altına almasına səbəb olur. 

''Bunun sənə bu qədər təsir edəcəyini bilmirdim''

Qarşı tərəfə emosional yük qoymaq, aldatmada tez-tez istfadə edilən başqa bir strategiyadır. Bu ifadə empatiyanın olmaması və aldadılan insanın hissləri ilə əlaqənin kəsilməsini göstərir. Psixoloqların fikrincə, bu cümlə həm də insanın vurduğu zərərin ölçüsünü dərk etmədiyini göstərir.

''Səni sevdiyimə görə etdim''

İlk baxışda ziddiyyətli görünsə də, bu ifadə aldatmağı sevgi əlaməti kimi təqdim etməyə çalışır. Bu ifadə ilə insan öz zərərli davranışlarını emosional əsaslandırma ilə qanuniləşdirməyə və özünü aldatmağa çalışır. Mütəxəssislər bildirirlər ki, bu cür ifadələr insanın məsuliyyəti öz üzərinə götürməkdən qaçdığını göstərir.

''O qədər də önəmli bir şey deyil''

Xəyanətin təsirinin aşağı salınması da tez-tez istifadə olunan müdafiə mexanizmidir. Bu cümlə, görülən işin əhəmiyyətini aşağı salmaqla münasibətə və qarşı tərəfin hisslərinə lazımi əhəmiyyət verilmədiyini göstərir. Psixoloji baxımdan bu yanaşma insanın öz emosional rahatlığını partnyorunun yaşadığı ağrıdan üstün tutduğunu ortaya qoyur.

''Həmişə sənin yanında olmuşam''

Xəyanət edən şəxs bu cümlə ilə əlaqənin müsbət tərəflərinə diqqət çəkərək özünü xilas etməyə çalışır. Mütəxəssislər deyirlər ki, bu yanaşma təkcə düzəliş etmək cəhdi deyil, həm də tərəfdaşın partnyoru nəzarətdə saxlamaq istəyini əks etdirir.

Psixoloqlar vurğulayırlar ki, bu cür ifadələri təkbaşına qiymətləndirmək olmaz. Sözlərin arxasındakı niyyəti deşifrə etmək davranış nümunələrini anlamağa kömək edə bilər.

Günel Məlikzadə

Seçilən
5
1
news24.az

2Mənbələr