Ermənistan Yaxın Şərqdə gərginliyin artması səbəbindən malların ixracı və idxalında çətinliklərlə üzləşir.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib.
"Biz həm idxal, həm də ixracda çətinliklərlə üzləşirik. Ümid edirik ki, münaqişə həll olunacaq və biz əvvəlki kimi İran vasitəsilə yükləri daşıya biləcəyik", - nazir deyib.