AZ

Neft bu qədər BAHALAŞA BİLƏR AÇIQLAMA

Pravda.az saytından alınan məlumata görə, ain.az bildirir.

“Neftin qiymətinin kəskin artması o zaman baş verə bilər ki, qarşılıqlı raket zərbələri uzun müddət davam etsin və bölgəyə də yayılsın. Məsələn, Hörmüz boğazının bağlanması, Yəmən husilərinin tankerlərə hücumlarının artması və s. Bu tipli hadisələr olarsa, neftin 80-90 dollara, hətta 100 dollara qədər bahalaşması ehtimalı var. Hələlik isə görünən budur ki, birja özünü sakit aparır və yaxın zamanlarda İran-İsrail münaqişəsinin anlaşma ilə bitəcəyinə inanır. Belə bir inam olmasaydı, bu gün neftin qiymətlərinin daha kəskin bahalaşdığının şahidi ola bilərdik”.

Bu sözləri Pravda.az-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

“Neftin qiymətində ötən həftənin dördüncü və beşinci günlərində ciddi artım müşahidə olundu. Yaxın Şərqdəki gərginlik şok effekti yaratdı. İran-İsrail arasındakı raket zərbələri Hörmüz boğazı ətrafında problemlərin yaşana bilməsi ehtimalı, ümumiyyətlə, neftlə zəngin ölkədə münaqişənin alovlanması ehtimalı birjalarda kifayət qədər ciddi tədirginlik yaratdı. Nəticədə, neftin qiymətinin 12% bahalaşmasının şahidi olduq. Şənbə-bazar günləri qarşılıqlı hücumlar, raket zərbələri davam etdi. Belə bir gözlənti var idi ki, birinci və ikinci gün dünya birjaları açılanda yeni artım dalğası müşahidə olunacaq. Amma çox qəribə şəkildə bu gün səhər saatlarından Avropa birjalarında, onlayn Nyu-York birjasında və digər platformalarda neftin qiymətində sabitlik müşahidə olunur. Qiymətin, təqribən, 74-75 dollar civarında dəyişdiyini, neftin cəmi 0,5% bahalaşdığının şahidi oluruq. Bu, sözün açığı, bir az gözlənilməz oldu. Buna görə də deməyə əsas verir ki, ola bilər, artıq birjalar İran-İsrail münaqişəsinin yaxın zamanlarda danışıqlar vasitəsilə razılaşma ilə həll olunacağına inanırlar”, - o bildirib.

Aytəkin Qardaşova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
pravda.az

2Mənbələr