İranla münaqişədən sonra İsraildə yüksəksəviyyəli hökumət nazirlərinin ailələri təhlükəsizlik riski səbəbiylə gizli bölgələrə təxliyə edilib.
Bu barədə Busaat.az İsrailin “Kanal 13” telekanalına istinadən xəbər verir.
Təxliyələr gizli şəkildə, xüsusi təhlükəsizlik tədbirləri ilə həyata keçirilib.
Rəsmi Tel-Əviv təxliyə ilə bağlı açıqlama verməyib.