İsrail Ordusu Yəmən istiqamətindən ölkə ərazisinə doğru yeni raket buraxılışını qeydə alıb.
Verilən məlumata əsasən, ölkənin bir sıra bölgələrində hava həyəcanı siqnalı verilib.
Xatırladaq ki, dünən Yəmənin "Ənsar Allah" qiyamçı hərəkatından olan husilər İsrail Müdafiə Ordusunun Təl-Əvivdəki infrastrukturuna zərbələr endirib.