Milli.Az İran mətbuatına istinadən xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian deyib.
O parlamentdə çıxışında son günlər dünya gündəmində olan müharibədən danışıb:
"Biz müharibəyə can atmırdıq və onu başlatmadıq. Ölkənin yüksək rütbəli hərbçilərini və alimlərini öldürən biz deyildik. İran təcavüzkar ölkə deyil. Biz bu gün hərzamankından daha çox birliyə və həmrəyliyə ehtiyac duyuruq. Bütün İran xalqı birləşməli və təcavüzə qarşı qətiyyətlə çıxış etməlidir. İran nüvə silahına sahib olmağa can atmır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31