Binəqədi rayonu ərazisində qanunsuz tikintilərin aparılması ilə bağlı mətbuat və sosial platformalarda mütəmadi olaraq xəbərlər yayılır. Lakin bu halların qarşısının alınmaması ictimai narazılığa səbəb olur.
Hazırda sözügedən qanunsuz tikinti işləri sürətlə davam edir. İcra Hakimiyyətindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.
Sual yaranır: Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Rəşad Qasımov bu prosesdən xəbərdardılarmı?
İctimaiyyət adından gözləntilər odur ki, məsələ araşdırılsın və məsuliyyət daşıyan qurumlar lazımi tədbirlər görsünlər.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.