AZ

İranlı hərbi ekspert: “Azərbaycan gələcəkdə İrandan silah ala bilər”

“İran və Azərbaycan arasında son təlimlər müxtəlif çərçivədə formalaşıb. Lakin eyni zamanda, eyni dərəcədə mühüm diplomatik ölçüləri ehtiva edir”.

Tribunainfo.az xəbər verir ki, bu sözlərin müəllifi iranlı hərbi ekspert Hüseyn Haqqiyandır.

O, Qarabağda keçirilmiş Azərbaycan-İran təlimləri barədə danışaraq qeyd edib ki, bu təlim iki mühüm diplomatik ölçüləri ehtiva edir. “Birincisi, bu, Qafqaz regionunda Qarabağ müharibəsindən sonra baş vermiş geosiyasi dəyişikliklərlə bağlıdır. Çünki İran yeni regional nizamla ayaqlaşmağa, regionda öz təsirini qorumağa, təhlükəsizlik tənliklərindən kənara çıxmamağa çalışır”.

O iddia edib ki, Qarabağ bölgəsindəki təlim İranın oradakı təsirini açıq şəkildə göstərir. “İkincisi, bu, İran, Azərbaycan və İsrail arasında mürəkkəb əlaqələrin mühəndisliyidir. Tehran Bakıya nəzarəti ələ keçirmək və onu İsrail oxundan uzaq tutmaq üçün Bakı ilə hərbi və təhlükəsizlik əlaqələrini gücləndirməyə çalışır”.

Haqqiyan onu da deyib ki, bu addımlar Tehran və Bakı arasında gələcək silah müqavilələri üçün yol aça bilər. “Bura PUA-lar və tank əleyhinə raketlər daxil olacaq”.

Fərda Uğur

Seçilən
4
1
tribunainfo.az

2Mənbələr