AZ

Trampın elmdən anlayışı yoxdur: Bu fəlakətdir

ABŞ Nümayəndələr Palatasının Elm Komitəsinin demokrat üzvü Corc Uatsayds, Donald Tramp administrasiyasının elmin NASA və Birləşmiş Ştatların özü üçün dəyərini anlamadığını bəyan edib.

Publika.az xəbər verir ki, bu barədə “SpaceNews” nəşri məlumat yayıb.

O, Tramp administrasiyasının NASA-nın 2026-cı maliyyə ili büdcəsini təxminən 25 faiz azaltmasını "fəlakət" adlandırıb.

"Administrasiya, deyəsən, elm və texnologiyanın iqtisadiyyatımız və dünyadakı liderliyimiz üçün əhəmiyyətini başa düşmür", - deyə Uatsayds bildirib.

O, ABŞ-ın öz liderliyini saxlamaq istədiyi elm sahələrində Çinin inkişafını misal çəkib: “Çinlilər sözün əsl mənasında onlarla belə aləti kosmosa buraxırlar. Bizim multispektral təsvirdə liderliyimizdən əl çəkməyimiz təkcə atmosfer elmi ilə bağlı məsələ deyil, həm də bu əsrin gələcək iqtisadiyyatı üçün mübarizədə kritik rol oynayan bütün dünyada, ölkəmiz ətrafında əsas mineralları tapmaq imkanımızın məhdudlaşdırılmasıdır”.

Seçilən
13
publika.az

1Mənbələr